"Barselona"nın baş məşqçisi Xavi İspaniya çempionatının 30-cu turunda "Atletiko Madrid" üzərində qazandıqları qələbəni (1:0) şərh edib.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Əsas hədəfimiz baxımından olduqca önəmli qələbədir. Biz centlmensayağı komandanı yendik. Onların da şansları var idi. Əlbəttə, biz də ikinci qolu vura bilərdik. Matçın müəyyən hissələrində bir qədər zəif təsir bağışladıq. Lakin bunu mövsümün sonunun yaxınlaşması ilə əlaqələndirməliyik. Yəni hər şey ola bilərdi. Axı biz əla komandaya - "Atletiko"ya qarşı mübarizə aparırdıq".
Nihat