Dortmund "Borussiya"sı yeni rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, "arılar" buna Almaniya Bundesliqasının 29-cu turunda Frankfurt "Ayntraxt"ı üzərində qələbə qazanaraq (4:0) nail olub.
Bir mövsümdə öz meydanında ardıcıl 9-cu zəfərinə imza atan Dortmund təmsilçisi tarixi ərzində heç vaxt edə bilmədiyi nəticəni reallaşdırıb.
Qeyd edək ki, "Ayntraxt"ı evə məğlub göndərən dortmundlular xal hesabını 60-a çatdıraraq turnir cədvəlinin ilk pilləsinə yüksəlib.
Nihat