"Seltik"in çalışdırıcısı Anj Postekoğlu "Çelsi"nin baş məşqçisi ola bilər.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Ceyms Olli məlumat yayıb.
Artıq London klubunun baş məşqçi postuna namizəd sayı 7-ə çıxıb.
Siyahıda Anjla yanaşı Yulian Naqelsmann, Maurisio Poçettino, Vinsent Kompani var. Digər mütəxəssislərin adları açıqlanmayıb.
Qeyd edək ki, 57 yaşlı avstraliyalı mütəxəssis "Seltik"də işə başladığı ilk ildə komandanı Şotlandiya çempionu edib. Cari mövsüm isə "Reyncers"i 12 xal qabaqlayır.
Röya