"Barselona"nın bu yaya satmağı planlaşdırdığı futbolçunun adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən jurnalist Xavi Migel yayıb.
Xəbərə görə, Kataloniya təmsilçisi 2021-ci ilin dekabrında "Mançester Siti"dən 55 milyon avroya aldığı Ferran Torresi 25 milyon avroya satmağa hazırdır. "Barsa"nın bu addımı maliyyə feyr-pleyi üzündən atacağı vurğulanıb.
Qeyd edək ki, 23 yaşlı Torres bu mövsüm klubunun forması ilə çıxdığı 39 matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun kataloniyalılarla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Nihat