"Napoli"nin hücumçusu Viktor Osimxen karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, 24 yaşlı nigeriyalı futbolçu "Bayern Münhen"ə keçmək niyyətindədir.
Məlumatı insayder Florian Plettenberq yayıb.
Xəbərə görə, Osimxen menecerlərinə Münhen klubunda oynamaq istədiyini bildirib.
Qeyd edək ki, "Napoli"nin prezidenti Aurelio De Laurentis forvarda 150 milyon avro qiymət qoyub.
Röya