"Çelsi"nin yeni baş məşqçisinin adı bəlli olub.
Fanat.Az xəbər verir ki, London klubu PSJ-nin sabiq baş məşqçisi Maurisio Poçettino ilə anlaşıb.
Məlumatı insayder Nikolo Skira yayıb.
O, bildirib ki, tərəflər arasında razılıq əldə olunub. 51 yaşlı argentinalı mütəxəssis iyulun əvvəlində yeni komandasında işə başlayacaq.
Qeyd edək ki, Poçettinonun son iş yeri PSJ olub. O, postunu 2022-ci ildə tərk edib.
Röya