PSV-nin 20 yaşlı yarımmüdafiəçisi Ksavi Simons PSJ-də oynayarkən Kilian Mbappenin ona nə dediyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "De Telegraaf" onun dediklərini belə çatdırıb:
"Mbappe ilə çox ünsiyyət qururdum. Həmişə mənə deyirdi ki, futbolda yaşın heç bir əhəmiyyəti yoxdur. Bilirəm ki, 21 yaşlı oyunçu 25 yaşlıdan daha yaxşıdırsa, ehtiyatda böyük olan qalan qalacaq. Bunu heç vaxt unutmuram.
Qeyd edək ki, Simons PSV-yə ötən ilin yayında, azad agent statusu ilə qoşulub. Cari mövsüm Amsterdam təmsilçisinin forması ilə bütün turnirlərdə 43 matça çıxan istedadlı gənc 18 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat