"Liverpul" İngiltərə Premyer Liqasının 33-cü turunda "Vest Hem"i 2:1 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, matçdan sonra BBC-yə danışan "mersisaydlılar"ın baş məşqçisi Yürgen Klopp qələbəni belə şərh edib:
"Birinci hissəni bəyəndim. Çox yaxşı oynayırdıq, oyuna nəzarət edirdik. Lakin sonra qol buraxdıq. Ancaq oynamağa davam etdik və qol vurduq. Daha çox təzyiq göstərib ikinci hissədə fərqi artırdıq. Uşaqlar yenidən ayağa qalxdılar və sərgilədiyimiz futbol xoşuma gəldi. Bu mövsüm elə matçlarımız oldu ki, insanlar bizi tanıya bilmədi. Ancaq bu gün bizdə olan gücü göstərməyə müvəffəq olduq və mən bundan razıyam".
Qeyd edək ki, 53 xalı olan "Liverpul" 6-cı, "Vest Hem" isə 34 xalla 14-cü sırada qərarlaşıb.
Röya