Niderland futbolunun əfsanələrindən olan Mark Overmarsın səhhətində ciddi problem yaranıb.
Fanat.Az xəbər verir ki, 2022-ci ilin sonunda mikroinfarkt keçirən mütəxəssis bu barədə "Het Laatste Nieuws"ə danışıb:
“Çox danışanda nəfəsim kəsilir. Ayaq üstə qalmaq üçün enerjiyə ehtiyacım var. Ürəyim 45 faiz ölüb. Amma peşman olmaq lazım deyil. Sadəcə, enerjimi düzgün bölüşdürməliyəm. Bilirdim ki, yaşadıqlarıma görə erkən pensiyaya çıxacağam. Bu həyatdır. Heç kəs uğursuzluqlardan sığortalanmayıb. Mən heç bir şey etməməkdənsə, işləyərək ölməyi üstün tuturam”.
Overmars hazırda Belçikanın "Antverpen" klubunun idman direktoru vəzifəsini tutur. "Arsenal", "Barselona" və "Ayaks"ın keçmiş oyunçusu ötən ilin əvvəlində Amsterdam klubunun idman direktoru postundan rüsvayçı şəkildə uzaqlaşdırılıb. Overmars klubun qadın işçilərinə qarşı qeyri-etik, seksual məzmunlu mesajlar göndərdiyi üçün qovulub.
Mirağa