"Mançester Siti"nin hücumçusu Erlinq Holandın atası Alf-İnqe Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu zamanı "Real Madrid" azarkeşləri ilə dava edib.
Fanat.Az xəbər verir ki, məlumatı "Instant Foot" yayıb.
Matçın gedişində madridli azarkeşlər ata-Holandı təhqir etməyə və təxribata çəkməyə başlayıblar. O isə əlindəki yeməyi onlara atıb. “Santyaqo Bernabeu”nun əməkdaşları münaqişəyə müdaxilə edərək, Alf-İnqanı tribunadan çıxarıblar.
"Real" - "Mançester Siti" matçı "Santyaqo Bernabeu" stadionunda baş tutub və 1:1 hesabı ilə heç-heçə başa çatıb. Cavab oyunu mayın 17-də İngiltərədə keçiriləcək.
Mirağa