"Roma"nın baş məşqçisi Joze Mourinyu Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində bu gün Leverkuzen "Bayer"nə qarşı keçirəcəkləri oyun barədə danışıb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:
"Bayer" bu turnirdə Çempionlar Liqasından olan ikinci rəqibimizdir. Avropa Liqası yüksək səviyyəli yarışdır. Burada böyük potensiala malik komandalar mübarizə aparır. Mövcud problemlərimizə baxmayaraq, bütün gücümüzlə mübarizə aparacağıq. Oyunçularımız görüşə hazırdır. ya iki oyunun nəticəsinə görə məğlub olacaq, ya da qalib gələrək qələbəni bayram edəcəyik".
Qeyd edək ki, "Roma" - "Bayer" cütünün qalibi finalda "Yuventus" - "Sevilya" duelinin güclüsü ilə üz-üzə gələcək.
Nihat