"Liverpul" İtaliya A Seriyasından futbolçu bəyənib.
Fanat.Az xəbər verir ki, söhbət "İnter"in yarımmüdafiəçisi Nikolo Barelladan gedir.
Məlumatı "Football Insider" yayıb.
Xəbərə görə, italiyalı futbolçu "mersisaydlılar"ın əsas hədəfidir. "Liverpul" yayda bu keçidi həyata keçirməyə çalışacaq.
Qeyd olunur ki, "neradzurra" Nikolonu 60 milyon funt sterlinqə buraxmağa hazırdır.
Röya