"Tottenhem"in hücumçusu Harri Keyn klub rəhbərliyi ilə görüşüb və gələcək karyerası ilə bağlı planlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sports Zone" yayıb.
Xəbərə görə, İngiltərə millisinin forvardı iş yerini bu yay dəyişmək istədiyini klub bosslarının diqqətinə çatdırıb. Mənbə Hotspur təmsilçisinin bu görüşdən sonra Keyn üçün göndərilən təklifləri dəyərləndirməyə hazır olduğunu, lakin onu İngiltərə klublarının heç birinə satmayacağını vurğulayıb. Joze Mourinyu baş məşçi postuna gətiriləcəyi halda, Harrinin PSJ varinatına üstünlük verəcəyi bildirilib.
Qeyd edək ki, bu mövsüm "Tottenhem" forması ilə ümumilikdə 46 matça çıxan 29 yaşlı Keyn 28 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Ulduz futbolçunun klubu ilə olan müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq.
Nihat