"Milan"ın portuqaliyalı hücumçusu Milan Rafael Leau gələcək hədəflərindən danışıb.
Fanat.Az xəbər verir ki, "Football-Italia" ulduz futbolçunun dediklərini belə çatdırıb:
"Futbolda hədəflərim Çempionlar Liqası və "Qızıl top"u qazanmaqdır. Gələcəkdə harada oynamaq istərdim? İngiltərə Premyer Liqasını bəyənirəm. Düşünürəm ki, bu çempionat hər bir futbolçunu cəlb edir. Orada çox ciddi rəqabət var. Buna görə də gələcəkdə Premyer Liqada çıxış etmək istərdim".
Rafael Leau 2019-cu ildən "rossoneri"də çıxış edir. Onun müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.
Mirağa