"Real Madrid"in hücumçusu Mariano Diaz karyerasını başqa klubda davam etdirə bilər.
Fanat.Az "Fichajesin"ə istinadən xəbər verir ki, İspaniya çempionatında top qovmağa davam etməkdə qərarlı olan hücumçunun xidmətində "Vilyarreal" maraqlıdır.
"Sarı sualtı qayıq" Nikolas Ceksonla ayrılacağı təqdirdə, Diazın namizədliyini nəzərdən keçirir. Mariano “Vilyarreal”a azad agent kimi gedə bilər, çünki onun “Kral klubu” ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatır.
29 yaşlı hücumçu bu mövsüm La Liqada "Real Madrid"in heyətində 9 oyun keçirib, qol vurmayıb.
Mirağa