"Vest Hem" İspaniya La Liqasından futbolçu bəyənib.
Fanat.Az xəbər verir ki, İngiltərə klubu "Valensiya"nın yarımmüdafiəçisi Yunus Musaya elçi düşüb.
Məlumatı "Daily Mail" yayıb.
"Çəkindöyənlər" 20 yaşlı amerikalı futbolçunu yay transfer pəncərəsi dönəmində heyətinə qatmaq fikrindədir.
Qeyd edək ki, Musa daha öncə də İngiltərədə çıxış edib. O, 2012-2019-cu illərdə "Arsenal"ın gənclərdən ibarət komandasında forma geyinib.
Röya