Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Express and Star": "Aston Villa" "Liverpul"un maraqlandığı futbolçuya elçi düşüb. Söhbət "Sportinq"in yarımmüdafiəçisi Manuel Uqartadan gedir. 22 yaşlı uruqvaylı oyunçu "Aston Villa"nın baş məşqçisi Unai Emerinin diqqətini cəlb edib. İngiltərə klubu Manuel üçün tələb olunan 65 milyon avronu ödəməyə hazırdır.
"Aston Villa" Uqarta ilə yanaşı "Tottenhem"dən Covani Lo Çelso və "Real Madrid"lə müqavilə başa çatacaq Marko Asensio ilə də maraqlanır.
"Мirror": "Arsenal" PSV-nin hücumameyilli yarımmüdafiəçisi Xavi Simonsu heyətinə qatmaq niyyətindədir. 20 yaşlı niderlandlı futbolçu cari mövsüm Erediviziyada 16 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. "Barselona"nın yetirməsi olan istedadlı oyunçu Niderland millisində də 3 görüş keçirib.
Rəsmi: "Liverpul” mövsümün sonunda 4 futbolçusu ilə vidalaşacağını açıqlayıb. Roberto Firmino, Nəbi Keyta, Ceyms Milner və Aleks-Oksleyd Çemberlen Mersisayd təmsilçisindən ayrılacaq. Onların başa çatan müqavilələri yenilənməyəcək.
Röya