"Atletiko Madrid"in hücumçusu Alvaro Morata "Milan"a keçəcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Tuttosport" onun dediklərini belə çatdırıb:
"And içirəm ki, bu haqda heç nə bilmirəm. İndilik klubumla müddəti 2024-cü ilin yayında başa çatacaq müqaviləm var. Yəni bu yay hansısa klub "Atletiko"ya təklif göndərsə, məni satmağa razı olsalar, iş yerimi dəyişə bilərəm. Ancaq bir daha təkarar edim ki, hazırda heç nədən xəbərim yoxdur. Özünüz futbolda transfer işlərinin necə aprıldığını bilirsiniz".
Nihat