London “Arsenal"ı qapıçısı Aaron Ramsdeyllə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı "topçular"ın rəsmi saytı yayıb.
25 yaşlı qolkiper müddəti 2027-ci ilə qədər olan anlaşmaya qol çəkib.
Yeni müqaviləyə əsasən, ingilis "çərçivə" qoruyucusu həftəyə 120 min funt sterlinq maaş alacaq ki, bu da əvvəlkindən iki dəfə çoxdur.
Qeyd edək ki, Ramsdeyl cari mövsüm "Arsenal" forması 36 oyun keçirib və 15 matçda qapısını toxunulmaz saxlayıb.
Nihat