“Udineze” baş məşqçisi Andrea Sottillə müqavilənin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
49 yaşlı mütəxəssisin yeni sözləşməsi gələn ilin yayına kimi nəzərdə tutulub. Yəni Sottil növbəti mövsüm də postunda qalacaq.
Sottil ötən ilin iyunundan “Udineze”dədi. Onun komandası bu mövsüm sona üç tur qalmış İtaliya A Seriyasında turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.