PSJ-nin və Argentina millisinin ulduz hücumçusu Lionel Messinin "Barselona"ya qayıtmaq ehtimalı qüvvədədir.
Fanat.Az xəbər verir ki, bununla belə futbolçunun atası Xorxe ondan şübhələnir.
Kataloniyalı insayder Jerar Romeronun yaydığı məlumata görə, ata-Messi İspaniyada vergilərin yüksək olması səbəbindən oğlunun "Barsa"ya qayıtmasına razı deyil.
Xorxe Barselonada çıxışı zamanı vergidən yayındığına görə məhkəməyə cəlb olunan Neymarla bağlı vəziyyətin təkrarlana biləcəyindən narahatdır.
Messinin PSJ ilə müqaviləsi yayda başa çatır. Onun karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi gözlənilir.
Mirağa