"Mançester Yunayted"in yarımmüdafiəçi Meyson Maunta görə "Çelsi"yə təklif edəcəyi məbləğ açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Məlumata görə, "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haqın israrla istədiyi Mauntu London klubunun idarəçiləri 100 milyon avroya satmağı planlaşdırsalar da, MY qarşı 63,5 milyon avro təklif edəcək. Mənbə bu məbləğin "zadəganlar"ı qane etməyəcəyi halda, Mançester təmsilçisinin "Çelsi"nin qapısını daha yaxşı şərtlərlə döyə biləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, 24 yaşlı Mauntun "Çelsi" ilə olan müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. Sözügedən futbolçu aprelin 18-dən zədəlidir və cari mövsüm meydana çıxa bilməyəcəyi öncədən dəqiqləşib.
Nihat