"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq "Çelsi"nin problemlərindən danışıb.
Fanat.Az xəbər verir ki, onun dediklərini "Daily Mail" belə çatdırıb:
"Çelsi"nin durumu? Düzgün strategiya yoxdursa, pul heç nəyə yaramır. Əlbəttə, İngiltərədə yaxşı futbolçuların, məşqçilərin, böyük pulların olması müsbət haldır. Ancaq pul varsa, onu ağıllı xərcləmək lazımdır".
Qeyd edək ki, Çelsi hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 12-ci pillədə mövqe tutub. "Zadəganlar"ın son 7 ildə ilk dəfə gələn mövsüm Çempionlar Liqası və Avropa Liqası kimi turnirlərdə olmayacağı dəqiqləşib.
Nihat