"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 32-ci turundan təxirə salınmış matçı - "Brayton"la heç-heçəni (1:1) şərh edib.
Fanat.Az xəbər verir ki, "Mirror" onun dediklərini belə çatdırıb:
"Yaxşı oyun idi. "Brayton"u Avropa Liqasına vəsiqəni təmin etməsi münasibəti ilə təbrik edirəm. Belə oyunla Avropa Liqasına 100 faiz layiqdirlər.
48 saat öncə Mançesterdəki bütün alkoqolu içdiyimizi nəzərə alsaq, yaxşı futbol sərgilədik. "Mançester Siti"nin futbolçuları niyə çempion olduqlarını göstərdilər. Biz topla və topsuz nə bacardığımızı ortaya qoyduq. İntensivlik baxımından bir damcı da geriləmə sezmədim. Hər iki tərəfin fərqlənmək şansı oldu. Biz də qol vurduq, onlar da".
Xatırladaq ki, MS çempionluğu vaxtından əvvəl təmin edib.
Nihat