London "Arsenal"ının baş məşqçisi Mikel Arteta komandasının niyə çempion ola bilmədiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun dediklərini "topçular"ın rəsmi saytı belə çatdırıb:
"Liverpul"la oyunda 2:0 hesabı ilə öndə olduğun halda, oyun heç-heçə bitirsə, "Vest Hem"lə görüşün ilk 20 dəqiqəsində 2 top vurduğun təqdirdə, penaltidən qol buraxır, ardından yenə bərabərliklə kifayətlənirsənsə... Hə, belə qarşılaşmalarda qalib gəlmək vacibdir. Daha sonra "Sauthempton"la görüşə çıxdıq. Həmin matçın əvvəllərində 2 qol "yedik" və sonradan 3:3 hesablı bərabərliyə nail olduq... Bu oyunların ardından "Mançester Siti" ilə görüş çox həlledici qarşılaşmaya çevrildi. Düzü, onlar bizdən çox üstün idilər. "Real"la oyunlarını izləyərkən yeni səviyyəyə çatdıqları daha qabarıq şəkildə sezildi. Belə performansa necə "vau" deməyəsən? Səmimi olsaq, onlara çata bilmədik. "Siti" ilə çempionluq mübarizəsi bizə psixoloji planda çox baha başa gəldi. Yəni lap "Liverpul"u, "Vest Hem"i, "Sauthempton"u udsaydıq belə, ikinci yeri tuta bilərdik. "Siti"nin özünü məğlub etməliydik. Bunu bacarsaydıq, vəziyyəti dəyişərdik".
Nihat