PSJ heyətinə yeni futbolçu cəlb edir.
Fanat.Az xəbər verir ki, Paris klubu "Bayern Münhen"in müdafiəçi Lukas Ernandesi tranfer edəcək.
Məlumatı "L'Equipe" yayıb.
Xəbərə görə, futbolçu gələn təklifi qəbul edib. Ancaq PSJ hələ Lukasın klubunu satış barədə razı sala bilməyib. Belə ki, almanlar 27 yaşlı müdafiəçi üçün yüksək məbləğ tələb edir.
Qeyd edək ki, fransalı futbolçunun Bundesliqa klubu ilə sözləşməsi 2024-cü ilin iyun ayında başa çatır.
Röya