"Arsenal" baş məşqçisi Mikel Artetaya yeni müqavilə təklif edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Football Transfers" məlumat yayıb.
Mənbənin məlumatına görə, “topçular” mütəxəssislə 2028-ci ilin iyununa qədər yeni müqavilə imzalayıb. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin iyununa qədərdir.
Xəbərdə ispaniyalı mütəxəssisin məvacibinin artırıldığı da qeyd olunub, lakin yeni maaşının məbləği göstərilməyib.
Arteta ilə uzunmüddətli əməkdaşlıqda maraqlı olan rəhbərlik yeni mövsüm mövsüm başlamazdan əvvəl futbolçular və məşqçi ilə bütün müqavilə məsələlərini həll etmək istəyir.
Arteta 2019-cu ilin dekabrından "Arsenal"a rəhbərlik edir. Bu mövsüm onun rəhbərliyi altında "topçular" Premyer Liqa turnir cədvəlində 2-ci yeri tutub və 7 ildən sonra Çempionlar Liqasına qayıdıb.
Mirağa