İspaniyalı ulduz yarımmüdafiəçi Andres İnyesta "Barselona"ya qayıtmaq istədiyini bildirib.
Fanat.Az xəbər verir ki, "Goal" futbolçunun dediklərini belə çatdırıb:
“Həyatımın hansısa məqamında "Barselona"ya qayıtmaq istərdim, amma düşünürəm ki, bu, hələ çox uzaqdadır. Mən oynamaq istəyirəm. Hiss edirəm ki, bunu davam etdirə bilərəm. Bu fəsil bağlananda görəcəyik. Karyeramı meydanda oynayaraq bitirmək istəyirəm. Ümid etdiyim şey budur".
İnyesta "Barselona"nın yetirməsidir. O, 1996-2018-ci illərdə kataloniyalıların şərəfini qoruyub. İyun ayında 39 yaşlı yarımmüdafiəçi Yaponiyanın "Vissel Kobe" klubundan ayrılaraq azad agent statusuna malik olacaq.
Mirağa