Bu gün Avropa Liqasının finalında "Roma" ilə üz-üzə gələcək "Sevilya"nın baş məşqçisi Xose Luis Mendilbar UEFA-nın rəsmi saytına açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, mütəxəssis Joze Mourinyu amilini qabardıb:
"Görüşən zaman Mourinyunu "Roma"dakı uğurlu işi münasibəti ilə təbrik edəcəyəm. Bilirəm ki, o, finallarda qələbə qazanmağı xoşlayır. Mourinyu adətən belə mübarizələrdən qalib çıxa bilir. Romalılar bu mütəxəssisin rəhbərliyi altında Konfrans Liqasını da qazanıblar. İşimiz çətin olacaq. Hamı deyir ki, finallarda iştirak etmək yox, qalib olmaq lazımdır. Amma iki tərəfdən biri istənilən halda, uduzmalıdır. Ümid edirəm ki, yenilən tərəf biz olmayacağıq".
Nihat