"Real Madrid" azarkeşləri iyunun 4-də baş tutacaq Bilbao "Atletik"i ilə oyunda "Kral klubu"nun ulduz hücumçusu Kərim Benzema ilə vidalaşmağa hazırlaşırlar.
Fanat.Az xəbər verir ki, informasiyanı "Cadena SER" radiosu yayıb.
Xəbərə görə, artıq Benzema "Real" rəhbərliyinə Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan hər mövsüm üçün 100 milyon avro əməkhaqqı və müxtəlif bonuslar fonunda 2 illik təklif aldığını deyib. Əlcəzair əsilli fransalı ulduzun "Atletik"lə matça qədər qərarını qətiləşdirəcəyi və böyük ehtimalla, Səudiyyə Ərəbistanı variantına üstünlük verəcəyi bildirilib.
Nihat