"Aston Villa"nın heyətində ayrılıq reallaşacaq.
Fanat.Az xəbər verir ki, İngiltərə təmsilçisi müdafiəçisi Eşli Yanq ilə müqaviləni yeniləməyəcək.
Məlumatı Birminqem klubunun mətbuat xidməti yayıb.
37 yaşlı futbolçunun "Aston Villa" ilə müqaviləsi iyun ayında başa çatır.
Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 2007-2011-ci illərdə bu klubun şərəfini qoruyub. Müxtəlif illərdə "Mançester Yunayted" və "İnter"də də çıxış edən Yanq 2021-ci ildə "Aston Villa"ya geri dönüb.
Röya