Luka Modriç bu yay "Real Madrid"i tərk etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "OK Diario" yayıb.
Xəbərə görə, 37 yaşlı oyunçu Səudiyyə Ərəbistanından 3 illik müqavilə təklifi alıb. Mənbə adı açıqlanmayan klubun Modriçə hər mövsüm üçün 40 milyon avro maaş ödəməyə hazır olduğunu və xorvat futbolçunun artıq bu barədə "Real" rəhbərliyi ilə danışdığını vurğulayıb.
Qeyd edək ki, daha öncə tanınmış insayder Fabritsio Romano Lukanın "Kral klubu" ilə daha 1 illik anlaşma barədə razılığa gəldiyini, lakin rəhbərliyin ona gələcəyi ilə bağlı seçim etmək imkanı yaratdığını bldirmişdi.
Nihat