"Barselona"nın baş məşqçisi Xavi növbəti dəfə Lionel Messinin Kataloniya təmsilçisinə qayıtmaq perspektivindən danışıb.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" onun dediklərini belə çatdırıb:
"Dəfələrlə demişəm ki, burada Messi üçün bütün qapılar açıqdır. Mən məşqçiyəm və bilirəm ki, Leo geri qayıtsa, bizə köməyi dəyəcək. Yəni yüksək səviyyədə oynamaq üçün onun hər şeyi var. Əlbəttə, Leonun "Barselona"ya qayıtmasını insanların çoxu, hətta bütün kataloniyalılar istəyir. Ancaq onu da bilirəm ki, biz Messini sakit buraxmalıyıq. Hazırda çox hörmət etdiyi PSJ-də mövsümü tamamlamaq üzrədir. Qərarını isə gələn həftə verəcək".
Xatırladaq ki, son iki mövsümü PSJ-də keçirən Messi daha öncə yalnız "Barselona"da çıxış edib.
Nİhat