"Tottenhem" rəhbərliyi baş məşqçi postuna avstraliyalı mütəxəssis gətirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Hotspur təmsilçisinin nümayəndələri Şotlandiyanın "Seltik" klubunda işləyən Angelos Postekoğlu ilə danışıq aparır.
Qeyd edək ki, yunan əsilli Postekoğlu "Seltik"in "sükanı arxası"nda 2 dəfə çempionluq sevinci yaşayıb və 2 dəfə Şotlandiya Kubokunu qazanıb. 57 yaşlı çalışdırıcının klubu ilə müqaviləsinin müddəti bu ay başa çatacaq.
Nihat