"Real Madrid" "Çelsi"nin yarımmüdafiəçisi Kay Havertslə maraqlanır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb.
Mənbənin məlumatına görə, "Real"ın prezidenti Florentino Pereslə baş məşqçi Karlo Ançelotti arasında dünənki görüşdə 23 yaşlı alman futbolçunun mümkün transferi müzakirə olunub.
"Kral klubu" hələ 2020-ci ildə Havertsi almağa çalışsa da, pandemiya ilə bağlı maliyyə problemlərinə görə transfer baş tutmamışdı.
Haverts bu mövsüm Premyer Liqada 35 oyunda 7 qol vurub.O, "Çelsi"nin Premyer Liqada bombardiridir. Futbolçunun bazar dəyəri 60 milyon avrodur.
Mirağa