"Bolonya"nın baş məşqçisi Tiaqu Motta postunu tərk etməyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.
Onun sözlərinə görə, klub rəhbərliyi 40 yaşlı italiyalı mütəxəssislə müqaviləni yeniləyəcək.
Yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Tiaqu "Bolonya"ya ötən ildən rəhbərlik edir.
Röya