"Real Madrid" Marko Asensionun gedişini elan edib.
Fanat.Az xəbər verir ki, məlumatı madrirlilərin mətbuat xidməti yayıb.
İspaniyalı yarımmüdafiəçinin müqaviləsi başa çatıb və onunla yeni sözləşmə imzalanmayıb.
Qeyd edək ki, hazırda azad agent olan Asensio PSJ ilə anlaşıb.
Xatırladaq ki, 2015-ci ildən "Real Madrid"də çıxış edən futbolçu 17 titul qazanıb.
Röya