"Borussiya Dortmund"dan azad agent kimi getməyə hazırlaşan Rafael Qerreyro mümkün variantlar üzərində düşünür.
Fanat.Az xəbər verir ki, 29 yaşlı müdafiəçi bir sıra klubların maraq dairəsindədir.
İnsayder Fabritsio Romano yazır ki, "Atletiko Madrid", "Bayern Münhen" və "Nitsa" Qerreyronu heyətinə cəlb etmək niyyətindədir.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü 2016-cı ildən "Borussiya"da çıxış edir. 191 oyunda meydana çıxan müdafiəçi 29 qola imza atıb.
Röya