“Milan” ulduz hücumçusu Zlatan İbrahimoviçlə yollarını ayıracaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "Reuters" yayıb.
Mənbənin məlumatına görə, anlaşması iyunun sonunda başa çatacaq isveçli ilə müqavilə yenilənməyəcək.
Qeyd edək ki, 41 yaşlı forvard zədə səbəbindən bu mövsüm A Seriyasında cəmi 4 matçda iştirak edib.
İbrahimoviç 2020-ci ildən “Milan”ın formasını geyinir.
Mirağa