İngiltərənin “Tottenhem” klubu inqilabi dəyişiklik ərəfəsindədir.
Fanat.Az xəbər verir ki, hotspurlular ulduz hücumçu Harri Keynlə qapıçı Uqo Lyorisi itirməyə yaxındır.
Təcrübəli qolkiper "Get French Football News"ə açıqlamasında Londonu tərk etməyə hazır olduğunu bildirib.
“İstər klub, istərsə də mənim üçün vacib bir məqama çatdıq. Bir dövrün sonu çatdı. Mən yeni bir şey istəyirəm.
İmkanlarımı araşdırıram. Eyni zamanda xatırladıram ki, hələ müqaviləm var. Futbolda nə olacağını təxmin etmək çətindir”.
Lyoris "Lion"dan transfer olunduğu 2012-ci ildən "Tottenhem"də oynayır. O, indiyədək londonluların heyətində 447 oyuna çıxıb və 151 matçda qol buraxmayıb.
36 yaşlı fransız hətta "Tottenhem"in kapitanı statusunu da alıb. Onun hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.
Mirağa