"Mançester Siti” finalda “Mançester Yunayted”i məğlub edərək (2:1) İngiltərə Kubokunun qalibi olub.
Fanat.Az xəbər verir ki, "şəhərlilər"in heyətində hər iki qolun müəllifi olan türk əsilli almaniyalı yarımmüdafiəçi İlkay Gündoğan İngiltərə futbolunun tarixinə düşüb.
O, 1958-ci ildən bəri İngiltərə Kubokunun finalında ən yaşlı dubl müəllifi olub.
Böyük ehtimalla klubdan ayrılacaq Gündoğana İtaliya və İspaniya klubları maraq göstərir.
"Mançester Siti"nin kapitanı 32 yaş 222 günlüyündə bir oyunda iki qol vurub. Sonuncu belə uğuru 1958-ci ildə "Bolton"un oyunçusu Net Lofthaus məhz "Mançester Yunayted"lə görüşdə reallaşdırıb.
Mirağa