"Beşiktaş" yeni mövsümün hazırlıqlarına start verib.
Fanat.Az-ın xəbərinə görə, müdafiə xəttini gücləndirməyi planlaşdıran İstanbul klubu axtardığı futbolçunu Niderlandda tapıb.
Bu barədə "Habertürk" məlumat yayıb. Xəbərə görə, Türkiyə təsmilçisi "Voetbal International"da çıxış edən Tom Xayenin xidmətində maraqlıdır.
Ancaq 28 yaşlı niderlandlı futbolçunun keçidi elə də asan olmayacaq. Belə ki, Tom Fransanın "Tuluza" klubunun da diqqətindədir.
Qeyd edək ki, "Voetbal International" ilə hələ bir illik sözləşməsi olan futbolçu bir müddət öncə mətbuata açıqlamasında klubunu dəyişmək istədiyini bildirmişdi. Xayenin transfer qiymətinin 2 milyon avro olduğu bildirilir.
Röya