Ulduz futbolçu Lionel Messi sabiq klubu "Barselona"ya qayıtmaq istəyir.
Fanat.Az-ın xəbərinə görə, bu barədə futbolçunun agenti olan atası Xorxe Messi məlumat verib:
"Leo "Barselona"ya qayıtmaq istəyir. Mən də ora qayıtmasını isəyirəm. Bu yay onun "Barselona"ya keçmək varıantı var", - deyə ata Messi "Siempre Positivo"ya açıqlamasında bildirib.
Qeyd edək ki, argentinalı hücumçu bu yay klubu PSJ-dən azad agent qismində ayrılacaq.
Xatırladaq ki, 35 yaşlı forvard 2003-cü ildən 2021-ci ilə qədər "Barselona"da çıxış edib. O, bu klubun formasında 520 oyunda meydana çıxıb və 474 qola imza atıb.
Röya