Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
“TalkSport”: İcarə əsasında “Mançester Yunayted”də çıxış edən Vaut Veqhorst komandadan ayrıla bilər. Müqavilə ilə “Bernli”yə məxsus olan 30 yaşlı niderlandlı hücumçu “Everton”un hədəfindədir.
"Sky Sports News": "Tottenhem" Anqe Postekoğlunun baş məşqçi postuna təyinatı rəsmiləşdirə bilər. Belə ki, avstraliyalı mütəxəssisin hazırda çalışdığı "Seltik" tərəflər arasında danışıqlar aparmağa icazə verib.
"Readfootball": "Mançester Yunayted" "Atalanta"nın hücumçusu Rasmus Xeylund ilə maraqlanır. Baş məşqçi Erik ten Haq Harri Keyni komandasında görmək istəsə də, "Tottenhem"onu "qırmızı şeytanlar"a satmaq niyyətində deyil. Bu səbəbdən "Mançester Yunayted" diqqətini Danimarka millisinin forvardına yönəldib. 20 yaşlı Xeylundun keçidini 50 milyon avroya həll etmək mümkündür.
“La Gazzetta dello Sport”: “Yuventus” və “Milan” Fransa I Liqasından eyni futbolçuya elçi düşüblər. Söhbət “Monpelye”də çıxış edən 20 yaşlı hücumçu Eli Vaidən gedir. Fransalı forvardın bu yay İtaliya A Seriyasına keçəcəyi bildirilir. Ancaq mübarizədə hansı klubun qalib gələcəyi sual altındadır.
Rəsmi: "Lester" 7 futbolçunun gedişini elan edib. Bunlar Daniel Amarti, Yuri Tilemans, Tete, Ayose Peres, Çağlar Söyüncü, Nampalis Mendi və Rayan Bertrandır. Müqaviləsi başa çatan bu futbolçularla sözləşmə yenilənməyib. Conni Evansın da göndərilmə ehtimalı var.
Röya