Bir müddətdir dünya mətbuatında Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Lövün adı Braziliya yığmasına keçiddə hallanır.
Fanat.Az ın məlumatına görə, 63 yaşlı mütəxəssis yayılan iddialara münasibət bildirib.
"Bild"ə danışan Löv bu xəbərləri təkzib edib: "Xeyr, Braziliyadan mənə müraciət olunmayıb. Heç kimlə danışığımız olmayıb. Klub və milli komanda ilə bərabər işləyə bilərəm".
Qeyd edək ki, Löv 2006-ci ildən 2021-ci ilə qədər Almaniya millisinin baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında 2008-ci ildə Avropa çempionatının gümüş, 2010-cu ildə dünya çempionatının bürünc, 2012 və 2016-cı illərdə Avropa çempionatının bürünc medallarını qazanıb. Eləcə də, 2014-cü ildə dünya çempionu və 2017-ci ildə Konfederasiya kubokunun qalibi olub.
Röya