Anqe Postekoğlu "Tottenhem"in baş məşqçisi təyin olunub.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
57 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Postekoğlu "Seltik"dən ayrılaraq "Tottenhem"ə keçib. Yunan əsilli avstraliyalı mütəxəssis "Seltik"in "sükanı arxası"nda 2 dəfə çempionluq sevinci yaşayıb və 2 dəfə Şotlandiya Kubokunu qazanıb. Onu klubu ilə müqaviləsinin müddəti bu ay başa çatırdı.
Röya