"Real Madrid"dən azad agent qismində ayrılan Kərim Benzema duyğusal vida ilə diqqət mərkəzinə düşüb.
Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu ilə müqavilə bağladığı deyilən fransalı hücumçu fikirlərini mətbuat konfrasında bölüşüb:
"Nəsə demək çətindir. Madrid "Real"ı, komanda yoldaşlarım çox sağ olsun. Xəyalımı gerçəkləşdirə bildim. "Real"ı heç vaxt unutmayacağam. Çünki dünyanın ən yaxşı klubudur. "Real" həm də azarkeşlərinin sayəsində həmişə mənim evim olacaq. Hamınıza təşəkkür edirəm!".
Qeyd edək ki, 35 yaşlı Benzema 2009-cu ildən "Real"da çıxış edib. Son mövsümdə "Kral klubu"nun forması ilə 43 matça çıxan Əlcəzair əsilli forvard 31 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat