Səudiyyə Ərəbistanı klublarından Avropanın ulduz futbolçularına təkliflər yağır.
Fanat.Az xəbər verir ki, "Barselona"nın hücumçusu Robert Levandovski də ərəblərin "radarına" düşüb.
Bu barədə "Mundo Deportivo" məlumat yayıb. Xəbərə görə, 34 yaşlı futbolçuya bir neçə Səudiyyə Ərəbistanı klubu təklif göndərib. Lakin polşalı ona təklif olunan şok qiymətlərə baxmayaraq, ərəblərə müsbət cavab verməyib. Levandovski "Kamp Nou"nu tərk etmək niyyətində olmadığını bildirib.
Qeyd edək ki, 2022-ci ildə "Bayern Münhen"dən transfer olunan təcrübəli futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Xatırladaq ki, Robert Levandovski cari mövsüm "Barselona"nın heyətində 34 matçda meydana çıxıb. Forvard 23 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Röya