Lionel Messinin "Barselona"ya qayıtması İlkay Gündoğın planlarını pozacaq.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Toni Xuanmarti məlumat yayıb.
Onun sözlərinə görə, Kataloniya klubu hər iki transferi eyni anda edə bilməz.
"Mançester Siti"nin almaniyalı yarımmüdafiəçisi Gündoğan "Barselona"ya keçmək üçün klubunu tərk etməyə hazırlaşır. Lakin bu yay PSJ ilə müqaviləsi başa çatıb azad agent olacaq sabiq "Barselona"lı Messinin dönüşü İlkayın transferini təxirə salacaq. Ancaq o da qeyd olunur ki, "Barselona" Gündoğandan vaz keçməyəcək. Sadəcə keçidi bir müddət sonra reallaşdıracaq.
Qeyd edək ki, ötən gün argentinalı ulduzun atası və meneceri Xorxe Messi "Barselona"ya qayıtmasını istədiyini açıqlayıb.
Xatırladaq ki, 35 yaşlı forvard 2003-cü ildən 2021-ci ilə qədər "Barselona"da çıxış edib. O, bu klubun formasında 520 oyunda meydana çıxıb və 474 qola imza atıb.
Röya