Cənubi koreyalı müdafiəçi Kim Min Ce yay transfer pəncərəsində "Napoli"ni "Mançester Yunayted"ə dəyişəcək.
Fanat.Az xəbər verir ki, 26 yaşlı futbolçu “qırmızı şeytanlar”a keçməzdən əvvəl vətənində hərbi xidmət keçəcək.
Bu barədə "Il Mattino" məlumat yayıb.
Cənubi Koreyada qanun bütün vətəndaşların hərbi xidmət keçməsini tələb edir. İstisnalar yalnız milli komanda ilə beynəlxalq səviyyədə əhəmiyyətli nailiyyət əldə edən futbolçulara aid edilir.
"Mançester Yunayted" Kimin transferi üçün 60 milyon avro ödəyəcək.
Qeyd edək ki, Kim Min Ce ötən yaydan "Napoli"nin şərəfini qoruyur.
Mirağa